Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Zirə"nin cavab matçı canlı yayımda - SÜRPRİZ
Avropa Liqasının I təsnifat mərhələsində "Differdanj" - "Zirə" oyunu canlı yayımlanacaq.
Sportfm.az saytının baş redaktoru Araz Əhmədov məsələ ilə bağlı bunları deyib:"Səfərdə baş tutacaq görüşü MYVİDEO TV vasitəsilə canlı yayımlayacağıq. Uzun sürən danışıqlardan sonra birbaşa yayımı təşkil etmək mümkün olacaq. "Zirə"nin avrokuboklardakı debüt ilində mərhələ adlamasına şahidlik etmək istəyən hər kəsi ekran başına dəvət edirik. Canlı yayım zamanı studiyada futbol eksperti Samir Əbdürrəhmanov da olacaq".
Qeyd edək ki, "Zirə" evdə 2:0 hesabı ilə qalib gəldiyi "Differdanj"la cavab matçını iyulun 6-da Bakı vaxtilə saat 21:00-da keçirəcək. Oyun MYVİDEO TV(KATV 1 və Myvideo.az saytı) ilə canlı yayımlanacaq.
Oxşar xəbərlər
"Differdanj" - "Zirə" - YENİLƏNİR
"Zirə"nin oyunu canlı yayımlanmayacaq
"Zirə" və "İnter"in oyunları canlı yayımda
"Zirə"nin debüt matçı canlı yayımlanacaq
"Qarabağ" və "Qəbələ"nin matçları canlı yayımda
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası