Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"İlk matçın evdə olması bizim üçün üstünlükdür" - "Zirə"nin baş məşqçisi
"Differdanj" ölkəsinin ən güclü 2 klubundan biridir".
Sportfm.az saytı apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Ayxan Abbasov deyib.
İlk dəfə Avropa Liqasında iştirak edəcək paytaxt təmsilçisi I təsnifat mərhələsində Lüksemburqun "Differdanj" klubu ilə üz-üzə gələcək.
"Zirə"nin çalışdırıcısı Abbasov klubun Facebook səhifəsinə açıqlamasında püşkü dəyərləndirib: "Turnir cədvəlinə baxdım, komanda çempionla eyni xalı toplayıb və yalnız top fərqinə görə ilk sıranı əldən verib. Bundan sonra rəqib haqda daha da geniş məlumat toplamağa çalışacağıq. Oyuna ciddi hazırlaşacağıq. İlk matçın evdə olması bizim üçün üstünlükdür. Bakıya döndükdən sonra həm hazırlaşmaq, həm də rəqibi analiz etmək üçün vaxtımız olacaq. Avropa Liqasında debüt edəcəyik, təcrübəmiz azdı. Çətin olacağını bilirik. Çalışacağıq ki, qarşıdakı iki görüşdə yaxşı oynayıb turu keçək".
Oxşar xəbərlər
“Qarabağ”ın baş məşqçisi: “Həmişə deyirəm, real olmaq lazımdır”
Ayxan Abbasov: “Astra” güclü komanda təsiri bağışlayır
"Zirə"nin oyunu canlı yayımlanmayacaq
Ayxan Abbasov:""Zirə" olaraq çalışacağıq ki, iki sistemdə oynayaq"
"Zirə" ilə oyuna görə, bir gün əlavə işləyəcək!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası