Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Mirbek Terzinin çənəsini sındırdı, 5 illik qovuldu
Qırğızıstanlı futbolçu Mirbek Axmateliyev 5 il müddətinə futboldan kənarlaşdırılıb.
Sportfm.az xəbər verir ki, bu barədə Qırğızıstan Futbol İttifaqı məlumat yayıb.
Bişkekdəki “Selmaş” stadionunda “Muras Yunayted” komandasının məşqi zamanı Axmatəliyev və onun komanda yoldaşı, ukraynalı Yevgeni Terzi arasında münaqişə olub. Mirkeb komanda yoldaşının çənəsini sındırıb.
Avqustun 22-də KFU İntizam Komitəsinin iclası keçirilib və orada Axmatəliyevin 5 il müddətinə futbolla bağlı hər hansı fəaliyyətdə iştirakının qadağan edilməsi barədə qərar verilib.
“Muras Yunayted” rəhbərliyi də hadisə ilə bağlı klubun məşqçilər korpusunun və idman direktorunun işdən çıxarıldığını bildirib.
Qeyd edək ki, 30 yaşlı Axmatəliyev 2016-cı ildən Qırğızıstan millisində çıxış edib və komandanın heyətində 4 oyun keçirib.

Oxşar xəbərlər
Millinin üzvü futboldan uzaqlaşdırıldı - 2 illik
Azərbaycanlı qapıçı xaricdə debüt etdi
Futbolçu 10 il müddətinə diskvalifikasiya olundu - Aqressiv hərəkətə görə
"Sumqayıt"ın prezidenti komitə sədri seçildi
Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası