reklam
Futbolçu 10 il müddətinə diskvalifikasiya olundu -
Sportfm.az xəbər saytı

Futbolçu 10 il müddətinə diskvalifikasiya olundu -Aqressiv hərəkətə görə


Özbəkistan Pro-liqasının XX turunun "Neftçi" - "Turan" oyunundan sonra kütləvi dava zamanı referini vuran meydan sahiblərinin futbolçusu Camşid Turakulov sərt cəzalandırılıb.

Sportfm.az xəbər verir ki, hücumçu 10 il müddətinə futboldan kənarlaşdırılıb.

Onun komanda yoldaşı Doston Toşmatov isə referinin köməkçilərinə qarşı aqressiv hərəkətə görə 10 oyunluq diskvalifikasiya olunub.

Həmçinin davada iştirak etmiş digər 3 oyunçunun futbolla bağlı fəaliyyətinə 1 illik qadağa qoyulub. Bundan başqa, klub təqribən 10 000 ABŞ dolları məbləğində cərimələnib. Komanda qarşıdakı 3 ev matçını azarkeşsiz keçirməli olacaq.

Qeyd edək ki, "Neftçi"nin 0:1 hesabı ilə uduzduğu oyundan sonra azarkeşlərin də iştirakı ilə kütləvidava düşüb.

Oxşar xəbərlər

Azərbaycanda futbolçu diskvalifikasiya olundu - 1 illik
2 futbolçu diskvalifikasiya olundu - Azərbaycan Premyer Liqası
“Sabah”ın məşqçisi diskvalifikasiya olundu - 5 oyunluq
"Qarabağ" - "Sabah" matçında kütləvi dava
Klub prezidentinə 2 illik cəza

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər