reklam
Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib
Sportfm.az xəbər saytı

Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib


Bu gün AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib. Sportfm.az xəbər verir ki, iclasda "Təhsil” Respublika İdman Mərkəzinin məşqçi Tural Kərimovla bağlı müraciətinə və "İnter” PİK-in U-17 komandasının futbolçusu Riyad Abbaszadənin müraciətinə baxılıb.
Müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
1. AFFA-nın İntizam Komitəsinin "Təhsil” Respublika İdman Mərkəzinin məşqçisi Tural Kərimovla bağlı çıxardığı qərar qüvvədə saxlanılsın.
2. "İnter” PİK-in U-17 komandasının futbolçusu Riyad Abbaszadə barədə İntizam Komitəsinin qəbul etdiyi qərar qismən dəyişdirilsin. Futbolçu intizam tədbiri olaraq 6 aylıq sınaq müddəti təyin olunmaqla verilmiş cəzadan azad olunsun. 6 aylıq sınaq müddəti ərzində futbolçu Riyad Abbaszadə analoji hərəkətlərə yol verəcəyi təqdirdə, ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunsun.

Oxşar xəbərlər

AFFA İntizam Komitəsinin qərarı dəyişdirildi
“Zirə”nin şikayəti təmin edildi - Qərar
AFFA "Neftçi" və "Keşlə"nin şikayətini təmin etdi
Azərbaycan çempionatında çıxış edən futzalçılar cəzadan azad edildi
“Qəbələ”nin futbolçusunun cəzası ləğv edildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər