reklam
Tovuzda 10 minlik yeni stadion tikilsin! -
Sportfm.az xəbər saytı

Tovuzda 10 minlik yeni stadion tikilsin! -Təklif


"Turan" bu mövsümə fırtına kimi başlayıb. Komanda hazırda liderdi.

Sportfm.az xəbər verir ki, Kurban Berdıyevin komandası oynadığı futbolla da, hər kəsin rəğbətini qazanıb. Komandanın stajlı azarkeşlərindən olan, "Turan" sevdalısı Fikrət Məmmədov komandanın bu uğurları fonunda gözəl bir təkliflə çıxış edib. Fikrət müəllim yazır: Azərbaycan idmanında Tovuz futbolu həmişə yaxşı görsənib, sayılıb. Burada futbolu sevirlər. Oynayan oynayır, oynamayan azarkeşlik edir. İldə bir neçə dəfə rayon birinçilikləri keçirilir. İşdən sonra gecə yarıyadək əksəriyyət futbol oynayır. Artıq neçənci ildir azarkeş sayına görə ölkə çempionatında "Turan" liderlik edir. Mövcud stadion ötən əsrin məhsuludur, indiki tələblərə cavab vermir. Tovuz təmsilçilərinin gələcək hədəflərini, futbolun daha yaxşı təşkilini, azarkeşlərin rahatlıını, yekunda ölkə futbolunun daha yaxşı olmasını istəyərək Tovuzda 10 min azarkeş tutumlu yeni bir stadionun tikilməsini arzu edirik.
Həqiqətən də, tovuzlu azarkeşlər daha iri tutumlu stadiona layiqdirlər.

Oxşar xəbərlər

Kurban Berdıyevin tovuzlu fanatlar önündə sınağı - YENİLƏNİR
Tovuzda VİP sektorlar
Tovuzlu azarkeşlər nə istəyir? - "Turan"ın yaradıcısına necə böhtan atılır?!
"Turan Tovuz"a 800 min - 1 milyon manat lazımdır" - Vidadi Əhmədov
"Tovuz stadionuna Sakit Alıyevin adı verilsin"... TƏKLİF

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər