Tovuzlu azarkeşlər nə istəyir? -"Turan"ın yaradıcısına necə böhtan atılır?!
"Turan"ın(məhz "Turan"ın, "Turan Tovuz"un yox) "Şamaxı" ilə evdə baş tutan matçında cərəyan edən hadisələr haqqında mətbuatda çox yazılıb. Ən maraqlısı isə odur ki, doğma meydanda xal itirən komandanın azarkeşlərinin baş məşqçini istefaya səsləməsi ən təbii haldır, buna bəzilərinin az qala cinayət donu geyindirmək istəməsi isə ancaq təəssüf doğurur.
Əvvəla başlayaq ondan ki, 175 min əhalisi olan Tovuz rayonu futbolla və "Turan"la nəfəs alır. "Turan" tovuzlular üçün hər şeydir. Heç kim tovuzlu azarkeşləri 2 manat alıb tribinaya gələn 10 yaşlı "Səbail" "azarkeşləri" ilə səhv salmasın. Tovuzda əhali futbolu izləyir və gözəl bilir. Bunu birdəfəlik bir yerə yazın. Tovuzda futbola bağlılıq da çox güclüdü. O Tovuza ki, ora böyük futbolu və "Turan"ı Vidadi Əhmədov qazandırıb. Tovuzun, Vidadi Əhmədovun “Turan”ı unudulması mümkün olmayanlar sırasındadır. Ölkə futbolunda özünəməxsus izi olan, neçə-neçə istedadlı yetirməsi ilə öyünən, Azərbaycanı ilk dəfə avrokuboklarda təmsil etməsi ilə tarix yazan “Turan”.
14 fevral(sevgililər günü) 1992-ci ildə yaradılan "Turan" ilk çempionatdan iddialılardan biri olub. Çempionatın sonunda 56 xal toplamağı bacaran “Turan” lider “Neftçi”dən altı, 2-ci yerdəki Sumqayıt “Xəzər”indən cəmi bir xal geri qalaraq bürünc medallara sahib çıxıb. Növbəti mövsümdə lider “Kəpəz”lə eyni sayda, yəni 30 xal toplamasına baxmayaraq, topların fərqinə görə gümüş medallarla kifayətlənib. 3-cü cəhddə “Turan” öz məqsədinə çatıb. 1993-94-cü il mövsümündə aktivində 50 xal olan tovuzlular “Qarabağ”ı bir xal qabaqlayaraq qızıl medalları boyunlarından asıblar. Həmin vaxt Azərbaycanın ən yaxşı futbolçuları “Turan”ın heyətində cəmləşmişdi. “Turan”ın adı həmişə Vidadi Əhmədovla yanaşı çəkilib. Klub yarandığı gündən, yəni, 1992-ci ildən onun prezidenti olan Əhmədov 2002-ci ildə postundan ayrılıb. Amma bu gün, varını-yoxunu "Turan"ın yolunda, Tovuz rayonunun çiçəklənməsi yolunda xərcləyən Vidadi müəllimə qarşı bilən-bilməyən kimlərsə nələrsə yazır! Günü bu gün belə komandaya dəstək verənlər sırasında olan Vidadi Əhmədov hansısa əsassız ittihamlarla üz-üzə qalıb. Klubun yenidən elitaya qayıtması, ona sponsor tapılması üçün qollarını çırmalayan, Tovuz camaatının sevimlisi, yüzlərlə ailəni dolandıran Əhmədovu etmədiyi məsələlərdə günahlandırmaq ən azından ayıb və vicdansızləqdır.
İddia etmək üçün əsasın olmalıdı, əsasın yoxdursa, demək ki, kiminsə dediyini edirsən, öz gördüyünü və düşündüyünü yox.
Gələk "istefa" şüarını səsləndirən "təxribatçılar" məsələsinə. Yazılanlara inansaq, guya bunu edən "Turan" üçün canını belə verməyə hazır olan, Tovuz futbolunun fədaisi Fikrət Məmmədovdur. O Fikrət Məmmədov ki, "Turan" 9 il elitadan kənar qalanda demək olar ki, hər gün sosial şəbəkədə yazmaqla, fotolar paylaşmaqla "Turan"ın adını yaşadırd. O Fikrət Məmmədov ki, sevimli, doğma komandasının ölkə çempionatına qayıtmasını həsrətlə gözləyirdi. Klub Premyer Liqaya qayıtdıqdan sonra isə bir çox kreativ və maraqlı layihələrə imza ataraq, "Turan" adını göylərə qaldırıb.
İndi Ayxan Abbasova azarkeşlər "istefa" qışqırıblar deyə, bunların hamısı unuduldu və bu insanlar "düşmənə" çevrildi. Niyə, bəyəm Ayxanı istefaya səsləmək olmaz?! Bəyəm fanatların "Turan"da yerli futbol məktəbinin yetirməsinin çıxış etməsini istəməsi cinayətdi?! O Tovuzun ki, onun futbol məktəbinin üzvləri digər klublarda gözəl performansı ilə göz oxşayır. "Turan"da tovuzlu olan Cavid Tağıyev(!!!) kənarda qalıb, oynamayan, lazımsız legionerlərə ayda 5-10 min manat pul verilir, sonra da göndərilie ki, lazım olmadı! Tovuzdan olan Amil Yunanova 500 manat artıq maaşı qıymayan rəhbərlik "Turan"ın səviyyəsinə uyğun olmayan gəlmələrlə "heyətini gücləndirir".
İndi bildiniz Tovuzlu futbolsevərlər nəyə etiraz edir, niyə dözə bilmirlər. Bu məsələləri bilmədən onu-bunu nahaq yerə ittiham etmək olmaz. Ayxan da bilsin ki, azarkeşin üzərinə cummaq lazım deyil, nəticə olmayanda Joze Mourinyonu belə istefaya səsləyirlər, Abbasov isə Mourinyo deyil.
Araz Əhmədov
Oxşar xəbərlər
“Turan Tovuz”un tarixində bir ilk
“Turan” gürcü klubuna qalib gəldi
Premyer Liqamızda yeni mövsümün təqvimi - SİYAHI
Bu gün "Turan" yaranıb - Futbol tariximiz
FUTBOL TARİXİMİZ: "Fənərbaxça"dan "Turan"a qarşı amansız "qonaqpərvərlik" - TAM VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası