Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Qarabağ" "Ludqorets"i keçmək üçün nə etməlidi? -ANALİZ
"Qarabağ" ilk oyunda Bolqarıstan təmsilçisinə məğlub oldu. Elə 90 dəqiqə boyunca rəqibin komandamızı çox gözəl analiz etdiyi görünürdü, "Qarabağ" etmək istədiyi heç bir şeyi edə bilmirdi. Üstəlik, bolqarların avrokuboklara daha erkən başlaması, fiziki cəhətdən "Qarabağ"dan daha yaxşı təsir bağışlaması da nəticəyə birbaşa təsir edən amillərdəndi. Bəs cavab matçında "Ludqorets"i məğlub etmək mümkündürmü, mümkündürsə, bunu necə etməli? Əvvəla, "Qarabağ" ilk oyundakı səhvləri etməməlidi. Standart vəziyyətlər, sürətli əsk-hücumlar bunlara qarşı mütləq bir önləm alınmalıdı. Rəqibin heyətində 2 ciddi itki var. bundan istifadə etmək lazımdı. Bəhlulun yerinə müdafiədən topla daha yaxşı çıxan Bədavi oynamalıdı, üstəlik Benziaya daha da sərbəstlik verilməlidi. Zubirlə bağlı uzun müddətdi söylədiyim fikrin üzərində dayanıram - Zubir oyuna daha sonradan daxil olmalıdı, o belə daha effektiv olacaq. Silva start heyətində meydana çıxmağa lazyiqdi. Və ən əsası - topa nəzarət, sürətli hücumların qurulması və cinah asmaları. Bunları mütləq etmək lazımdı. Biz "Qarabağ"ın ifasında cinah asmalarını çox az görürük. Təbii ki, Juninyo ucaboylu forvard deyil, amma bu o demək deyil ki, o başla qol vura bilmir. İlk 20 dəqiqə ərzində güclü təzyiq, qol vuraraq önə keçmək rəqibin taktiki planlarını poza bilər. Məhz buna cəhd etmək lazımdı. O zaman alınacaq.
Oxşar xəbərlər
“Bu proqnozu alt-üst etmək istəyirik” - Millimizin qapıçısı
Qurban Qurbanov: Rəqibin fikri bizi maraqlandırmır
"İnter" niyə məğlub olub?
Qriqorçuk Qurbanovu nədə üstələdi?
“Zirə”ni yavaş-yavaş tanıyacaqlar” – Ayxan Abbasov
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası