Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
Medvedev böyük futboldan getdi -FOTO
“Qarabağ”ın kapitanı Maksim Medvedev karyerasını başa vurub.
Sportfm.az xəbər verir ki, Azərbaycan kubokunun bu gün keçirilən “Qarabağ” - “Zirə” final matçı Medvedev üçün sonuncu oyundur. Görüşdən əvvəl “Qarabağ”ın prezidenti Tahir Gözəl və direktoru Emrah Çelikel Medvedevə xatirə hədiyyəsi təqdim edib.
Qeyd edək ki, millimizin də üzvü olmuş 35 yaşlı futbolçu 18 il ərzində (2006-2024-cü illər) “Qarabağ”ın şərəfini qoruyub. O, Ağdam klubunun heyətində 552, millidə isə 81 oyun keçirib. O, təkcə “Qarabağ”da deyil, Azərbaycan futbol tarixində eyni klubda ən çox matça çıxan oyunçudur. Müdafiəçi bu müddətdə 17 qola imza atıb.
Maksim Premyer Liqada 376 görüşdə 12 qola sevinib. O, çempionatda eyni komandada ən çox oyun keçirən futbolçu kimi rekordçudur. Medvedev ölkə kubokunun 50 matçında 2 dəfə fərqlənib.
Maksim avrokuboklarda ən çox oyun keçirən Azərbaycan futbolçusudur. O, 126 qarşılaşmada 3 qol vurub. Maksim eyni klubla 10 dəfə Azərbaycan çempionu olan üç futbolçudan biridir. O, eyni klubda hamıdan çox – 14 mükafat qazanan futbolçudur. Onun hesabında Premyer Liqanın 10 qızıl, 2 gümüş və 2 bürünc medalı var.

Oxşar xəbərlər
Maksim Medvedev "Qarabağ"da köməkçi məşqçi oldu
“Qarabağ”ın rekordçusu 450-yə çatdı
Maksim Medvedev hər kəsi üstələyir - STATİSTİKA
Avropa Liqasında ən çox oyun keçirən futbolçular bilindi - "Qarabağ"ın kapitanı 66 matçda oynayıb
Maksim Medvedev Aslan Kərimovu keçdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Səbail" hamını aldadıb, qanunları pozur, işçilərin maaşlarını vermir - HADİSƏ
-
"Zirə"nin sabiq futbolçusunun tələbi təmin edildi
-
Yeni mövsümün püşkü atıldı - Avropa Liqası
-
Karateçilərimiz Moldovada 6 medal qazandı
-
“Qəbələ”nin yay hazırlıq planı bilindi
-
Fransa - Azərbaycan matçının stadionu məlum oldu - DÇ-2026