Maksim Medvedev hər kəsi üstələyir -STATİSTİKA
Azərbaycan çempionatlarında eyni klubda ən çox oyun keçirən futbolçu müəyyənləşib.
Sportfm.az Peşəkar Futbol Liqasının rəsmi saytına istianən xəbər verir ki, bu, "Qarabağ"ın və Azərbaycan millisinin futbolçusu Maksim Medvedevdir.
31 yaşlı müdafiəçi “Qarabağ”ın heyətində 285 dəfə Premyer Liqa matçına çıxıb. Onun sabiq komanda yoldaşı Aslan Kərimov Ağdam təmsilçisində 268 görüşdə iştirak edib. İlk “üçlüy”ü “Xəzər Lənkəran”da 254 oyunda forma geyinən Rahid Əmirquliyev qapayır. Lakin Maksimdən fərqli onun hər iki izləyicisi ayrı-ayrı illərdə digər klublarda da oynamağa imkan tapıb.
Bir komandada ən çox oyun keçirən 10 futbolçunun siyahısında “Qarabağ”ın futbolçuları çoxluq təşkil edir. Ağdamlıların 6 oyunçusu bu siyahıya düşüb. “Turan”da iki, “Viləş”lə “Xəzər Lənkəran”da bir futbolçu fərqlənib.
İlk “onluq”da yeganə legioner Ansi Aqollidir. “Qarabağ”ın albaniyalı müdafiəçisinin aktivində 223 matç var.
Qeyd edək ki, ilk 10 sırada yer alanlardan yalnız Maksim Medvedev indi də eyni komandanın şərəfini qoruduğundan nəticəsini daha da artıra bilər.
|
1 |
Maksim Medvedev |
Qarabağ |
285 |
|
2 |
Aslan Kərimov |
Qarabağ |
268 |
|
3 |
Rahid Əmirquliyev |
Xəzər Lənkəran |
254 |
|
4 |
Sakit Alıyev |
Turan |
248 |
|
5 |
Müşfiq Hüseynov |
Qarabağ |
244 |
|
6 |
Nizami Sadıqov |
Turan |
237 |
|
7 |
Səttar Əliyev |
Qarabağ |
230 |
|
8 |
Yaşar Hüseynov |
Qarabağ |
226 |
|
9 |
Ansi Aqolli |
Qarabağ |
223 |
|
10 |
Müşfiq Vəliyev |
Viləş |
221 |
Oxşar xəbərlər
Rekordçunun yubileyi - 450-ci oyununu keçirdi
Ağdam klubunun 9 futbolçusu rəmzi komandada - FOTO
Maksim Medvedev zirvəyə qalxdı
Maksim Medvedev Aslan Kərimovu keçdi
Rahid Əmirquliyev 350-ə çatdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası