reklam
Boksçularımız Dünya Olimpiya Təsnifat turnirinə qatılacaq
Sportfm.az xəbər saytı

Boksçularımız Dünya Olimpiya Təsnifat turnirinə qatılacaq


Azərbaycan boksçuları mayın 24-də Tailandın paytaxtı Banqkokda start götürəcək 2-ci Dünya Olimpiya Təsnifat turnirində iştirak edəcək.
Sportfm.az xəbər verir ki, yığma komanda 10 gün davam edəcək yarışda 9 boksçu ilə təmsil olunacaq.

Komandanın heyətində Olimpiya lisenziyası uğrunda Şamil Əsgərov (57 kq), Malik Həsənov (63,5 kq), Sərxan Əliyev (71 kq), Alfonso Dominqes (92 kq), Marjona Savriyeva (50 kq), Zeynəb Rəhimova (54 kq), Məhsəti Həmzəyeva (57 kq), Şəhla Allahverdiyeva (66 kq) və Aynur Rzayeva (75 kq) mübarizə aparacaqlar.

Turnirdə 133 ölkə və Qaçqınlar komandasından 600-dən çox boksçunun iştirakı gözlənilir. Kişilərin mübarizəsində 28, qadınlarda 23 nəfər Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edəcək.

Reqlamentə əsasən, boksçularımızın mübarizə aparacağı 57 kq-da 3 (kişilər), 63,5 və 71 kq-da 5, digər çəkilərdə 4 idmançı Fransa paytaxtında iştirak hüququna yiyələnəcək.

Azərbaycan yığmasının heyətində artıq Nicat Hüseynov (51 kq), Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) Paris-2024-ə lisenziya qazanıblar.

Oxşar xəbərlər

Daha bir boksçumuz lisenziya qazandı - Paris-2024
Azərbaycan millisi Qazaxıstana yollandı
Boksçularımız Olimpiya Təsnifat Turnirindəki rəqibləri bilindi
Boksçularımız üçün növbəti lisenziya şansı
Boksçularımız ABŞ-yə yollandı - Toplanış

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər