Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Daha bir boksçumuz lisenziya qazandı -Paris-2024
Azərbaycan boksçusu Malik Həsənov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Sportfm.az xəbər verir ki, 63,5 kiloqram çəkidə mübarizə aparan yığma üzvü bu uğura Tailandın paytaxtı Banqkokda keçirilən 2-ci Dünya Olimpiya Təsnifat Turnirində nail olub.
Boksçu 1/4 finalında Xose Manuel Viafara (Kolumbiya) ilə qarşılaşıb. Rəqibini 3:2 hesabı ilə məğlub edən Həsənov yarımfinala yüksəlməklə yanaşı, Olimpiadaya lisenziyanı da rəsmiləşdirib.
Bu, boks üzrə Azərbaycan millisinin Paris-2024-ə əldə etdiyi 4-cü vəsiqə olub. Malik Həsənovadək Nicat Hüseynov (51 kiloqram), Murad Allahverdiyev (80 kiloqram) və Məhəmməd Abdullayev (+92 kiloqram) də eyni nailiyyətə imza atıb.
Qeyd edək ki, Banqkokdakı yarış iyunun 2-də bitəcək. Azərbaycan boksçularından Şamil Əsgərov (57 kiloqram), Alfonso Dominqes (92 kiloqram) və Zeynəb Rəhimova (54 kiloqram) da lisenziya uğrunda mübarizəni davam etdirirlər.

Oxşar xəbərlər
Boksçumuz 1/4 finalda - Lisenziya turniri
Boksçularımız Dünya Olimpiya Təsnifat turnirinə qatılacaq
Paracüdoçularımızın lisenziya şansı - Paris-2024
Boksçumuz Yay Olimpiya Oyunlarına lisenziya qazandı
2024-ün ilk beynəlxalq yarışında hansı idmançılarımız olacaq?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yığmamız Avstriyaya qalib gəldi - Dünya çempionatı
-
"Qarabağ" "İmişli"yə, "Turan Tovuz" "Şəfa"ya qarşı - Premyer Liqa
-
"Şəfa" - "Turan Tovuz" - START HEYƏTLƏR
-
"Bu barədə onun özündən soruşsanız, daha yaxşı olar" - Kurban Berdıyev
-
Cəmilə Muradlı Avropa çempionu oldu - UĞUR
-
“Sumqayıt” 4–1 “Qəbələ” - VİDEO

Misli Premyer Liqası