reklam
Boksçularımız Olimpiya Təsnifat Turnirindəki rəqibləri bilindi
Sportfm.az xəbər saytı

Boksçularımız Olimpiya Təsnifat Turnirindəki rəqibləri bilindi


İtaliyanın Busto Arsizio şəhərində keçiriləcək boks üzrə 1-ci Dünya Olimpiya Təsnifat Turnirinin püşkü atılıb.
Sportfm.az xəbər verir ki, püşkə əsasən Azərbaycan millisinin idmançılarının da ilk rəqibləri bəlli olub.

Bu gün start götürəcək yarışın birinci günündə yığmamızın heyətində Nicat Hüseynov (51 kq) mübarizəyə qoşulacaq. İkiqat Avropa çempionu olan Azərbaycan boksçusu Deepak Deepakı (Hindistan) sınağa çəkəcək.

Martın 12-dək “E-Work Arena”da təşkil olunacaq yarışda 113 ölkədən 602 boksçu Paris-2024 Yay Olimpiya Oyunlarına 49 (28 kişi, 21 qadın) lisenziya uğrunda gücünü yoxlayacaq. Kişi idmançılarda 7, qadınlarda 4 çəki dərəcəsində yarımfinalçılar Fransa paytaxtına vəsiqə əldə edəcək. Qadın boksçularda 57 kq-da finalçılar, 60 kq-da isə ilk 3 yerin sahibi Olimpiadada iştirakını rəsmiləşdirəcək.

3 mart

I Dünya Olimpiya Təsnifat Turniri
1/32 final

Nicat Hüseynov (51 kq) – Deepak Deepak (Hindistan)

4 mart

Ümid Rüstəmov (57 kq) – Navvaf Alzahmi (BƏƏ)
Zeynəb Rəhimova (54 kq) – Fatma Zohra Hadjala (Əlcəzair)

5 mart

Tayfur Əliyev (63,5 kq) – Matias Amaya Lusiano (Argentina)
Sərxan Əliyev (71 kq) – Elabidine Amrouq Zine (Mərakeş)

6 mart

Alfonso Dominqes (92 kq) – Yan Zak (İsrail)
Şəhla Allahverdiyeva (66 kq) – Nqoc Mai Hoanq (Vyetnam)

1/16 final

7 mart

Məhsəti Həmzəyeva-Ağamalıyeva (57 kq) – Preedakamon Tintabthhai (Tailand)

8 mart

Marjona Savriyeva (50 kq) – Meylin Çala Susan (Ekvador)

Qeyd edək ki, yığmamızın heyətində artıq Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) Paris-2024-ə lisenziya qazanıblar.

Oxşar xəbərlər

Boksçularımız Dünya Olimpiya Təsnifat turnirinə qatılacaq
Boksçumuz Yay Olimpiya Oyunlarına lisenziya qazandı
Daha 2 boksçumuz mərhələ adladı
Hüseynov lisenziya turnirinə qələbə ilə başladı
Boksçularımız üçün növbəti lisenziya şansı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər