reklam
Sportfm.az xəbər saytı

"Ölüsündən qorxub proqramı dayandırırsız, dirisi olsaydı "..........."! -"Neftçi"nin daha bir ayıbı


"Neftçi" rəhbərliyi klubun əfsanəsinə hörmətsizlik edib.

Bu haqda, "Neftçi" tarixində silinməz iz buraxan, bir Azərbaycan futbol klubunu ilk dəfə avrokubokların qrup mərhələsinə yüksəldən baş məşqçi kimi adını yaddaşlara həkk etdirən Böyükağa Hacıyevin oğlu Rüstəm Hacıyev məlumat verib.

Onun dediyinə görə, ARB telekanalında mərhum Böyükağa Hacıyev haqda veriliş efirə gedib, ardından TV-nin rəsmi youtube kanalında yayımlanıb.

Bir gün sonra isə veriliş ordan silinib. Rüstəmin sözlərinə görə, televiziya kanalından ona "Neftçi" rəhbərliyinin istəyi ilə belə etdikləri bildirilib.

Rüstəm Hacıyev bunu atasının ruhuna qarşı hörmətsizlik hesab edir. Dediyinə görə, səbəb verilişdə Mahir Şükürovla birgə "Neftçi" rəhbərliyini tənqid etmələridi.

Rüstəmin qardaşı Yusif də məsələyə münasibət bildirib. O, öz sosial şəbəkə hesabındakı paylaşımında bunları yazıb..."Ölüsündən qorxub proqramı dayandırırsız, dirisi olsaydı "..........."!

Oxşar xəbərlər

Rüstəm Əfsərli "Neftçi"də
Böyükağa Hacıyevin vəziyyəti ağırlaşdı
Yığmanın üzvü "Neftçi"ni tərk etdi
"Kəpəz"dən "Neftçi" rəsmilərinin qovulması ittihamlarına münasibət
Adil Məmmədov:”Azarkeşlər ona görə stadiona gəlmirlər!” - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər