reklam
Azərbaycan Qran-Prisi üçün marşalların təliminə başlandı -
Sportfm.az xəbər saytı

Azərbaycan Qran-Prisi üçün marşalların təliminə başlandı -Formula 1


Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin nəzdində fəaliyyət göstərən Bakı Marşal Klubu yerli marşalların təliminə başlayıb.
Sportfm.az xəbər verir ki, Avropa Oyunları Parkında yerləşən Bakı Marşal Mərkəzində keçirilən təlim nəzəri və praktiki hissələrdən ibarətdir. Nəzəri hissədə “Formula 1” üzrə Azərbaycan Qran-Prisinin idarəetmə texnikaları və cari mövsümün yenilikləri marşallara öyrədilir. Praktiki hissədə isə marşallar, xüsusi olaraq hazırlanmış simulyasiya trekində öyrəndikləri bacarıqları tətbiq edirlər.

Təlim sentybarın 13-15-də təşkil olunacaq növbəti Azərbaycan Qran-Prisinə hazırlıq mərhələsidir. Yarışda 170 marşalın iştirakı nəzərdə tutulur.

Təlimlərin keçirilməsində məqsəd yarış zamanı mümkün fövqəladə halların idarə edilməsi, əməliyyat və qarşılıqlı fəaliyyət planları reallığının yoxlanılmasıdır. Eyni zamanda, bu təlimlər təhlükəli halların qarşısının alınması və yaranmış problemlərin çevik şəkildə həll edilməsi bacarıqlarının artırılmasına yönəlib.

Oxşar xəbərlər

Azərbaycan qran-prisinin bütün biletləri satıldı - Formula 1
Marşal qeydiyyatı başa çatdı - Azərbaycan Qran-prisi üçün
Azərbaycan Qran-Prisinin marşallarının görüşü oldu - FOTO
Marşalların qeydiyyatı başladı
Azərbaycan Qran Prisinə bilet alanlar endirimdən yararlanacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər