Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
15 qol vuran futbolçu "Qarabağ"la müqavilə imzaladı
"Qarabağ” növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirir.
Sportfm.az xəbər verir ki, Ağdam təmsilçisi sözləşməsi başa çatan yarımmüdafiəçi Migel Markos Madeyrayla (Miçel) yeni müqavilə imzalayıb. İspaniyalı yarımmüdafiəçi daha iki il komandanın formasını geyinəcək. Dünən Bakıya gələn futbolçu bu gündən etibarən məşqlərə qoşulacaq.
31 yaşlı yarımmüdafiəçi 2015-ci ilin yayında "köhlən atlar"a transfer olunub və komandanın heyətində 71 oyuna (49 Premyer Liqa, 10 Azərbaycan kuboku və 12 avrokubok) çıxıb, bu qarşılaşmalarda 15 qolla ( 8 Premyer Liqa, 5 ölkə kuboku və 2 avrokubok) yadda qalıb.
Xatırladaq ki, "Qarabağ" bir müddət öncə Qara Qarayev, Əfran İsmayılov və Ansi Aqolli ilə də yeni müqavilə imzalamışdı.
Oxşar xəbərlər
Zubir daha 3 il "Qarabağ"da - Müqavilə
"Şamaxı"da yeni müqavilə - TRANSFER
Qara Qarayev ağ-qara komandada
"Sumqayıt"da yeni müqavilə
"Qarabağ" heyətinə yeni futbolçu cəlb etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası