Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
İdmançılarımız dünya çempionatını 5 medalla başa vurdu
Polşanın Bielsko-Biala şəhərində 14-18 oktyabr 2026-cı il tarixlərində keçirilən WKF üzrə kadetlər, gənclər və U21 arasında 14-cü dünya çempionatı başa çatıb.
Sportfm.az xəbər verir ki, Azərbaycan milli komandası mötəbər yarışda 1 qızıl, 1 gümüş və 3 bürünc olmaqla ümumilikdə 5 medal qazanıb.
114 ölkədən 2000-dən çox idmançının iştirak etdiyi dünya çempionatında karateçilərimiz uğurlu çıxışları ilə fərqlənərək ölkəmizi layiqincə təmsil ediblər.
Dünya çempionatının medalçıları:
* Şamo Kamilov (U16, +70 kq) qızıl medal, dünya çempionu;
* Vüsal Qənbərov (U18, -55 kq) gümüş medal;
* Rəsul Qənbərli (U16, -52 kq) bürünc medal;
* Nurlan Əlimuradov (U16, -70 kq) bürünc medal;
* Rəşid Süleymanov (U21, -75 kq) bürünc medal.
Azərbaycan nümayəndə heyəti dünya çempionatında Azərbaycan Karate Federasiyasının baş katibi Qabil Sayadovun, baş məşqçilər Elnur İbrahim və Anar Allahverdiyevin, köməkçi məşqçilər Coşqun Sadiqov və kata üzrə məşqçi köməkçisi İsmayıl Quliyevin rəhbərliyi ilə iştirak edib.
Çempionatda ölkəmiz beynəlxalq hakimlik sahəsində də təmsil olunub. Beynəlxalq dərəcəli hakimlərimizdən Cahangir Babayev tatami menecerinin köməkçisi, Vüqar Kərimov isə apellyasiya hakimi qismində fəaliyyət göstəriblər.

Oxşar xəbərlər
Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Karateçilərimiz dünya çempionatında 5 medal qazandı
Karateçilərimizdən dünya çempionatında 5 medal
Karateçilərimiz dünya çempionatında 4 medal qazandı
İdmançılarımız dünya çempionatında 17 medal qazandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Gəncəbasar" sponsorluq anlaşması bağladı
-
“Qəbələ” 0–4 “Sabah” - VİDEO
-
"Turan Tovuz" "İmişli"yə, "Zirə" "Kəpəz"ə qarşı - Premyer Liqa
-
"Qarabağ" - "Neftçi" matçında bərabərlik, "Sabah"dan qələbə - Premyer Liqa
-
“Qarabağ” və “Neftçi”mükafatlandırdı - 1000-ci oyun
-
"İmişli" minimal hesabla qalib gəldi - Premyer Liqa

Misli Premyer Liqası