reklam
Qara Qarayev ağ-qara komandada
Sportfm.az xəbər saytı

Qara Qarayev ağ-qara komandada


“Neftçi” transfer işlərini davam etdirir.
Sportfm.az xəbər verir ki, bu dəfə milli komandamızın sabiq üzvü Qara Qarayevlə 2+1 il şərtli müqavilə bağlanıb.

30 yaşlı dayaq yarımmüdafiəçisi yeni komandasının heyətində 2 nömrəli formanı geyinəcək.

Qarayev karyerası ərzində yalnız “Qarabağ” klubunda çıxış edib. O, 2008-ci ildən oynadığı Ağdam təmsilçisi ilə 9 dəfə Azərbaycan çempionatının, 4 dəfə isə ölkə kubokunun qalibi olub. Milli komandamızın heyətində 76 oyun keçirib.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl milli komandamızın üzvləri – qapıçı Emil Balayevi, Xorvatiya əsilli yarımmüdafiəçi Filip Ozobiçi, həmçinin mərkəz müdafiəçiləri – braziliyalı Yuri Matiası və macarıstanlı Mark Tamaşı transfer edib.

Oxşar xəbərlər

"Neftçi" millimizin üzvünü transfer etdi
"Neftçi" Türkiyədən hücumçu transfer etdi
“Neftçi” gecə vaxtı transfer etdi
“Neftçi”dən daha bir transfer
Rumıniya çempionu "Neftçi"də - TRANSFER

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər