Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Hamıdan sonuncu olan Gəncə klubu
Yeni mövsüm üçün "Kəpəz”in hazırlıq planı məlum olub.
Sportfm.az saytı xəbər verir ki, iyulun 3-4-ü tarixlərində Bakıda tibbi müayinədən keçəcək komandanın futbolçuları ayın 5-dən məşqlər üçün bir araya gələcəklər. Komanda iyulun 14-nə kimi paytaxtda hazırlaşacaq. Bu müddətdə Gəncə klubu bir yoxlama oyunu keçirməyi planlaşdırıb. Bununla da, "Kəpəz" Azərbaycan Premyer Liqasında hazırlığa ən gec başlayan klub ünvanını əldə etmiş olur. Klubun heyət sarıdan da ciddi problemlər yaşadığı məlumdu.
Təlim-məşq toplanışının növbəti mərhələsi üçün "sarı-göylər” Türkiyəyə yollanacaq. "Kəpəz” ayın 15-dən 25-nə kimi Ərzurumda məşq edəcək. Qardaş ölkədəki toplanış dövründə komanda üç yoxlama oyunu keçirəcək. Gəncəlilər iyulun 20-də, 22-də və 24-də sınaq matçlarına çıxacaq.
Türkiyədən qayıtdıqdan sonra "Kəpəz” çempionata hazırlığın son mərhələsi üçün məşqləri Bakıda davam etdirəcək.
Oxşar xəbərlər
"Kəpəz"in yeni mövsüm üçün hazırlıq planı
“Kəpəz”in hazırlıq planı müəyyənləşdi
“Kəpəz” 3 oyun keçirəcək
“Kəpəz” Türkiyəyə yollanır?
"Kəpəz" qış hazırlıq planında hara yollanacaq?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin