Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Döyülən jurnalist Arda Turanı məhkəməyə verəcək
"Milliyet" qəzetinin idman yazarı Bilal Meşe Türkiyə milli komandasının və İspaniyanın "Barselona" klubunun futbolçusu Arda Turanı məhkəməyə verəcək.
Sportfm.az saytı report-a istinadən xəbər verir ki, bu barədə "Doğan" agentliyinə təcrübəli jurnalistin özü bildirib.
O, təyyarədə Arda tərəfindən hücuma məruz qalaraq, təhqir olunduğunu açıqlayıb. Hazırda yığmanın düşərgəsində olan Meşe İstanbula qayıtdıqdan sonra prokurorluğa müraciət edəcəyini söyləyib: "Arda məni, ailəmi, Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Demirören və milli komandanın baş məşqçisi Fatih Terimi təhqir edib. 15 şahidim var. Qayıdan kimi prokurorluğa şikayət edəcəyəm".
Qeyd edək ki, Arda Turan Bilal Meşeyə onu 2016-cı il Avropa çempionatında mükafat üstündə federasiya ilə münaqişəyə girmələri xəbəri ilə əlaqədar ailəsini təhqir etdiyini əsas gətirərək, irad tutub. Lakin idman yazarı heç vaxt belə fikirlər səsləndirmədiyini bildirib. Hələlik federasiya rəhbərliyi və baş məşqçinin mövqeyi məlum deyil. Bu gün açıqlanacaq qərarla Ardanın yığmadan kənarlaşdırılacağı bildirilir.
Oxşar xəbərlər
Barselona sakini Arda Turanı məhkəməyə verdi
"İstedadını kanalizasiyaya atdı" - İspaniyada Arda Turanı sərt şəkildə tənqid etdilər
Arda Turanı transfer etmək istəyən klubun adı məlum oldu
Arda seçimini etdi: "Barselona", yoxsa "Beşiktaş"?
Arda Turanla bağlı qərar açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası