Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Arda seçimini etdi: "Barselona", yoxsa "Beşiktaş"?
Türkiyə yığmasının kapitanı Arda Turan "Barselona"dan ayrılacağı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. Apasport.az saytı xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi gələcək karyerası ilə bağlı qərarını verib. "Barsa"nın əsas heyətində özünə yer tapa bilməyən Ardanın icarə əsasında "Beşiktaş"a keçəcəyi bildirilirdi. Lakin təcrübəli futbolçu meneceri Ahmet Bulutla söhbətində belə fikirdə olmadığını və Kataloniya klubunda qalmaq istədiyini bildirib. Bu isə o deməkdi ki, Arda yeni mövsümü "Beşiktaş"da yox, "Barselona"da keçirəcək.
Qeyd edək ki, karyerası ərzində "Qalatasaray" və "Atletiko" klublarının da formasını geyinmiş Arda Turan "Barselona"da keçirdiyi 25 oyunda aktivinə 2 qol, 4 assist yazdırıb.
Oxşar xəbərlər
Arda Turan "Qalatasaray"ın təklifini qəbul etdi
Arda Turan Türkiyə milli komandası ilə bağlı yeni qərarını açıqladı
Arda 18 milyon avroluq təklifi RƏDD ETDİ
Arda "Barsa"dan gedir?
Arda? Harda?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Sabah" - "Qarabağ" oyunu Rəşad Əhmədova tapşırıldı - Premyer Liqa
-
Komandamız "Srvena Zvezda"ya qalib gəldi - Avropa Kuboku
-
“Beşiktaş” “Kristal Pelas”a, “Yuventus” “Renn”ə qarşı - Avropa Liqası
-
"Lill" - "Qalatasaray" - VİDEO
-
75 yerli və 6 əcnəbi hakim təyinat aldı - FIFA U-15 dünya çempionatı














Misli Premyer Liqası