reklam
Arda Turanla bağlı qərar açıqlandı
Sportfm.az xəbər saytı

Arda Turanla bağlı qərar açıqlandı


"Barselona"nın prezidenti Yosep Maria Bartomeu performansı müzakirə mövzusuna çevirilən Arda Turanla bağlı açıqlama verib. Fanat.az xəbər verir ki, klub rəhbəri türk futbolçunu komandada saxlayacaqlarını bildirib:  "Texniki heyət Arda Turanı komandada saxlamaq istəyir. Biz ona və Vidala 6 ay oynamamaq səbrini göstərdikləri üçün təşəkkür edirik. Arda Turanın performansına 10 ballıq sistemlə 9 verərəm. Nəticədə bir mövsümdə 4 kubok qazanmışıq və pis nəticə deyil".  Qeyd edək ki, "Barselona" Arda Turanı ötən yay "Atletiko"dan 34 milyon avroya transfer edib. FIFA-nın transfer qadağası üzündən yanvara qədər oynaya bilməyən türk futbolçu Kataloniya klubunun heyətində 25 oyuna çıxıb və 2 qol vurub.

Oxşar xəbərlər

"Barselona" türk futbolçu ilə bağlı qərarını açıqladı
Arda Turanı istəyən yeganə klub açıqlandı
Arda Turanı transfer etmək istəyən klubun adı məlum oldu
Arda Turanın gedəcəyi klubun adı açıqlandı
Arda? Harda?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər