Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Çempionlar Liqasının reqlamentində dəyişiklik edildi
UEFA Çempionlar Liqasının 2024/2025 mövsümünün reqlamentində müəyyən dəyişikliklər edilib.
Sportfm.az xəbər verir ki, bu barədə qitə futbol qurumu məlumat yayıb.
Belə ki, növbəti mövsümdən UEFA reytinqində ilk 2 yerdə qərarlaşan ölkələrin çempionatını 5-ci pillədə başa vuran 2 komanda Çempionlar Liqasında oynamaq imkanı əldə edəcək.
Hazırda klub reytinqində ilk 2 yerin sahibi İtaliya və Almaniyadır. Cari gedişata əsasən 5-ci yerin sahibi İtaliya çempionatında "Roma", Almaniya çempionatında "Leyptsiq" klubudur. Bu komandalar "European Performance Spots" (Avropa göstərici dəyəri) adlanan siyahıda yer alacaq.
Ümumilikdə 36 klubun iştirak edəcəyi növbəti mövsümdən turnir qrup formatında deyil, liqa formatında təşkil olunacaq.

Oxşar xəbərlər
FİFA 19 klubun adını açıqladı - klublararası dünya çempionatı üçün
UEFA reytinqində xal ehtiyatımız artdı
UEFA-dan VAR-la bağlı yeni qərar - Açıqlama
Çempionlar Liqasının formatı dəyişdiriləcək
Çempionlar Liqasında komanda sayı artırılacaq - 32-dən 36-ya
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası