reklam
Qadın güləşçilər toplanışa başladı -
Sportfm.az xəbər saytı

Qadın güləşçilər toplanışa başladı -Göygöldə


Qadın güləşi üzrə millimiz bu gün növbəti təlim-məşq toplanışına start verib.
Sportfm.az xəbər verir ki, böyüklər, U-20 və U-17 yığma komandaların üzvlərindən formalaşmış geniş heyət Göygöl Olimpiya İdman Kompleksində məşqlərə başlayıb.

Martın 10-dək davam edəcək hazırlıq prosesində böyük məşqçi Toğrul Əsgərov, məşqçi Ağahüseyn Mustafayev, eləcə də U-20 və U-17 milli komandanın böyük məşqçisi Rövşən Umudovla Solmaz Adilovanın rəhbərliyi altında 27 güləşçi yer alıb.

Hazırlıq prosesində yer alan güləşçilərin bir qismi martda Türkiyənin Antalya şəhərində keçiriləcək “Zəfər kuboku” və “Çempionlar” turnirində iştirak edəcək.

Oxşar xəbərlər

Sərbəst güləşçilərimiz toplanışa başladı
Hazırlaşmaq üçün Qazaxıstana getdilər
Qazyumov millimizə görün kimləri cəlb etdi - SİYAHI
Millilərimizin heyəti açıqlandı - Avropa çempionatı
Sərbəst və qadın güləşçilərimiz Kiyevdə sınaqdan keçiriləcək - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər