Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Formasını qürurla daşıdığım "Qarabağ"ı tərk etdim" - ÖZƏL
Mövsümün bitməsi ilə Azərbaycan Premyer Liqasının son çempionu "Qarabağ" transfer çalışmalarına start verib.
Sportfm.az xəbər verir ki, klub rəhbərliyinin bir neçə mövqeni gücləndirmək üçün futbolçu axtarışına çıxdığı məlumdur. Bununla yanaşı, yavaş-yavaş klubu tərk edən futbolçuların adlarına da aydınlıq gəlir. Həmin futbolçulardan biri, uzun illərdir Ağdam komandasının şərəfini qoruyan İlqar Qurbanovdur. Təcrübəli müdafiəçi gedişi ilə bağlı saytımıza açıqlamasında bunları dedi:"Klubla olan müqaviləm sona yetdi. Komanda rəhbərliyi mənə yeni müqavilə təklif etmədi. Uzun illərdir çıxış etdiyim, formasını qürurla daşıdığım "Qarabağ"ı tərk etdim. Hazırda ailəmlə birlikdə istirahət edirəm. Hələ ki, heç bir klubla danışıqlar aparmıram. Təklifləri istirahət bitdikdən sonra götür-qoy edəcəm. Karyeramı Azərbaycanda və ya ölkə xaricində davam etdirəcəyimə qərar verməmişəm".
Qeyd edək ki, karyerasına hücumçu kimi başlayan İlqar Qurbanov 2011-ci ildən "Qarabağ"ın şərəfini qoruyurdu.
Oxşar xəbərlər
Musa Qurbanlı “Qarabağ”da - RƏSMİ
Yığmamızın sabiq üzvü Rusiya çempionatında çıxış edə bilər - ÖZƏL
"Turan Tovuz" mənim üçün çox doğmadır, nədən olmasın?! - MÜSAHİBƏ
"Qarabağ"ın bəyənmədiyi futbolçu yeni klubla anlaşdı!
"Qarabağ"ı daha bir futbolçu tərk etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yığmamızın üzvü "Sumqayıt"da - RƏSMİ
-
Regional Gənclər və İdman İdarəsində yeni təyinat
-
"Zirə" enib, "Araz-Naxçıvan" qalxıb - Reytinq cədvəli
-
Bombardirlik keyfiyyətləri, futbol sevgisi və ən böyük arzu - PFL prezidenti məşhur jurnala danışır
-
Milli komanda uduzdu, Eto cəzalandırıldı
-
Azərbaycan çempionu bir gündə iki dəfə meydana çıxacaq - Bu gün















Misli Premyer Liqası