Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Yığmamızın sabiq üzvü Rusiya çempionatında çıxış edə bilər - ÖZƏL
Ötən ay futzal üzrə yığma komandamızda bir çox dəyişiklik oldu. Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov millimizin baş məşqçisi Biro Jade ilə müqavilənin müddətini uzatmadı. Braziliyalı mütəxəssislə yanaşı, yığmamızın və "Araz" komandasının aparıcı üzvü Fineoda Azərbaycanı tərk etdiyini açıqladı. "Xəzər Adaları"nın heyətində parlayıb, milliləşdirilən futzalçının qəfil gedişi bir çox sualları cavabsız qoydu. Hazırda vətəni Braziliyada olan Fineo Sportfm.az saytına verdiyi açıqlamada bir çox məqamlara aydınlıq gətirdi:"Məni axtardığınız üçün təşəkkür edirəm. Düşünürəm ki, Azərbaycan futzalına xeyrim dəydi. Orada yaxşı günlər keçirdim. Yığmadan getmək qərarını vermək çətin oldu, ancaq vaxtı çatmışdı. Hazırda bir çox klubdan təklif var. Onları götür-qoy edirəm. Çox ehtimal ki, futzal üzrə Rusiya çempionatında çıxış edəcəm, rus dilini az da olsa, bilirəm. Rusiya çempionatında böyük rəqabət yaşanır, oyunlara xeyli sayda azarkeş gəlir, bütün bunlar məni cəlb edir".
Qeyd edək ki, Fineo 2015-ci ildən yığmamızın şərəfini qoruyurdu.
Oxşar xəbərlər
Premyer Liqa klubu yığmamızın üzvünü transfer etmək istəyir - ÖZƏL
Futzal yığmamızın yeni baş məşqçisinin adı məlum oldu
Biro Jade: "Komandamızın gizlin lideri var, onu yuxudan ayıltmaq istəyirəm!" - VİDEO
Fineo Araujo:"Finalda oynamaq pis olmazdı"
Millimizin üzvü Biro Jadenin qəzəbinə tuş gəlib - ÖZƏL
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası