reklam
Qeyri-futbol idman növlərinə niyə maraq yoxdur? -
Sportfm.az xəbər saytı

Qeyri-futbol idman növlərinə niyə maraq yoxdur? -AÇIQLAMA


Ölkəmizdə futbola kifayət qədər maraq var, amma tennis, voleybol, basketbol kimi digər idman növləri inkişafdan geri qalıb. Gənclərin çox az qismi bu idman növlərinə yönəlsələr də, futbolu nəinki ötmək, heç eyni dərəcəyə belə gəlib çata bilmir. Bu cəhətdən qonşu ölkələrdən belə geridəyik.

Mövzu ilə bağlı “MediaPost”a danışan idman jurnalisti Araz Əhmədov bunun səbəbini media ilə əlaqələrdə görüb:
Qeyri-futbol idman növlərinə niyə maraq yoxdur? -
“Azərbaycanda qeyri-futbol idman növlərinə marağın az olmasında əsas günahkar mediadır - yəni biz. Çünki Azərbaycan idman mətbuatı, əsasən, futbola dair xəbərlərə üstünlük verir və bu idman növünü piar edir. Təbii ki, bu idman növlərinin populyar olmamasında günahkar təkcə KİV deyil. Burada federasiyalarından da günahı böyükdür. Onlar da media ilə işləməyi bacarmalıdır. Ölkəmizdə tennis, basketbol, voleybol yarışları var, amma o turnirlər birdən “alovlanır” və qəfildən “sönürlər”. Yəni 2-3 il normal çempionat keçirilir və sonra uzun müddətli durğunluq başlayır. Belə olan təqdirdə isə hansısa inkişafdan danışmağa dəyməz”.

Sevinc İbrahimzadə

Oxşar xəbərlər

Futbolda Azərbaycan qadını və mentalitet - AÇIQLAMA
Gəncə MDB Oyunlarına ev sahibliyi edəcək
“10-15 milyona idman kompleksləri tikiblər, heç nəyə yaramır” - Aqil Abbas
Azərbaycanda idmanla məşğul olanların sayı - 1 860 000
Rio-2016 futvole bayramı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər