reklam
Gəncə MDB Oyunlarına ev sahibliyi edəcək
Sportfm.az xəbər saytı

Gəncə MDB Oyunlarına ev sahibliyi edəcək


Gəncə şəhəri MDB ölkələrinin üçüncü Oyunlarına ev sahibliyi edəcək.
Sportfm.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında gənclər və idman nazirinin müavini Mariana Vasileva bildirib.
"Azərbaycanın Bakıdan sonra ikinci ən böyük şəhəri olan Gəncədə bu məqsədlə yeni müasir kompleks tikilir. Bölgələrdə yarışların keçirilə biləcəyi fikri xoşumuza gəldi. Şurada format müzakirə olunacaq. İstənilən ölkə daha çox inkişaf etmiş idmana önəm verir. Düşünürəm ki, biz əsas Olimpiya idman növlərinə və bütün ölkələr üçün ənənəvi qeyri-olimpiya idman növlərinə diqqət yetirəcəyik”, - deyə nazir müavini qeyd edib.

Qeyd edək ki, III MDB Oyunlarının 2025-ci ildə keçirilməsi planlaşdırılır.

Oxşar xəbərlər

Solt-Leyk-Siti şəhəri Qış Olimpiya Oyunlarının ev sahib ola bilər
Vladivostok Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək - 2036-cı ildə
BOK Olimpiya Oyunlarına ev sahibi şəhəri müəyyən edəcək - 2032-ci il
Zabit Səmədov Gəncədə - FOTO
MOK vitse-prezidenti: "Azərbaycan Türkiyə ilə birgə Yay Olimpiya Oyunları keçirə bilər"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər