Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Futbolda Azərbaycan qadını və mentalitet -AÇIQLAMA
“Dünyada qadının bacarmadığı heç bir peşə yoxdur” şüarını futbolda da səsləndirən Azərbaycan qadınlarının bu idman növünə marağı az deyil. Bəs onlar futbola yetəri qədər töhfə verə bilirlərmi? Azərbaycanda qadın futbolçuların sayının az olmasının əsas səbəbləri nədir?
Mövzu ilə bağlı azmedia.info.az-a fikirlərini bildirən “Sportfm” İA-nın baş redaktoru Araz Əhmədov qeyd edib ki, bunun əsas səbəbi mentalitetdir:
“Hazırda dünyada, xüsusən də Avropa ölkələri və Şimali Amerikada qadınların futbolda rolu getdikcə artmaqdadır. Azərbaycanda da bir neçə qadın liqaları fəaliyyət göstərir, onlar arasında çempionatlar keçirilir, bəziləri hakim təlimlərinə cəlb olunurlar. Lakin bu, yetərli deyil. Çünki Azərbaycan yığma komandalarının aşağı yaş qrupları üzrə millilərin çıxışları və nəticələri onu göstərir ki, Azərbaycanda qadın futbolunda kütləvilik çatışmır. Bunun da səbəbi mentalitetdir. Azərbaycanda demək olar ki, ailələrin 90 %-i qız övladlarının futbolla məşğul olmasını istəmir, hətta futbolla məşğul olmağı qadağan edirlər. Onların fikrincə, bu, kişi idman növüdür və qızların futbolla məşğul olması düzgün deyil. Təbii ki, bu, müasir dövr üçün yanlış düşüncədir. Lakin məhz buna görə qadın futbolçular Azərbaycan futboluna önəmli töhfə verə bilmirlər.
Amma hazırda vaxtilə milli komandamızda çıxış etmiş bir çox qadın futbolçularımız var ki, onlar Azərbaycan Futbol Federasiyasında çalışıblar. Onların bir qismi hakim kimi fəaliyyət göstərirlər. Hətta bu yaxınlarda AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşəyin özü şəxsən bizə bildirdi ki, xahiş edirəm, tanıdığınız, bildiyiniz qadın futbolçu və yaxud bu sahəyə marağı olan kimlərsə varsa, onlara deyin ki, hakimliyə gəlsinlər. Çünki bu sahədə biz qadın hakim tapa bilmirik. Vəziyyət bu dərəcədə faciəvidir.
Azərbaycanda qadın futbolçuların bu sahəyə töhfə verməsi üçün regionda qadın futbolu geniş yayılmalıdır. Onlar üçün xüsusi şərait təşkil olunmalıdır. Yarışların sayı çoxaldılmalı, xüsusi cəlbedici turnirlər keçirilməlidir. Onların işıqlandırılması AFFA tərəfindən təmin olunmalıdır ki, bunu görən valideynlər də bu işə həvəslənsinlər”.
Fatimə Lətif

Oxşar xəbərlər
"İspaniya Azərbaycan deyil ki, 25 yaşında futbolçuya “gənc” desinlər..." - Araz Əhmədov
ŞOK - Azərbaycanda məşqçi uşaqlarla söyüşlə danışır, pul alıb qaytarmır
Rövşən Nəcəfin Azərbaycan futbolunda ilk hədəfləri - AÇIQLAMA
Qızlar üçün cüdo klubu fəaliyyətə başladı
Dilarə Əhmədova: “Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası