reklam
Türkiyəli futbolçudan Azərbaycan klubuna mesaj:
Sportfm.az xəbər saytı

Türkiyəli futbolçudan Azərbaycan klubuna mesaj:"Qılıncın hər zaman iti olsun"


Son Azərbaycan çempionu və kubokun qalibi "Qarabağ” bir futbolçu ilə yollarını ayırıb.
Komandanın əvəzedici heyətinin qolkiperi Halit Oğuzhan klubdan ayrılıb. Bu barədə məlumatı türkiyəli futbolçu öz şəxsi sosial şəbəkə hesabında yazıb:
"Düz 4 il. Hələ 19 yaşımda gəlib, ailəmdən uzaq və pis günlər keçirdiyim, yaxşısı, pisi, bir çox insanı tanıdığım, mənə bir çox şey öyrədən, xəyalımdakı stadionları, komandaları yaxından tanımağımı reallaşdıran, işimdə mənə hər zaman dəstək verən və gözəl xatirələrlə dolu olan yerə vida zamanıdı. Qılıncın hər zaman iti olsun, "Qarabağ”.
Qeyd edək ki, türkiyəli futbolçu ilə yanaşı, klubu Boyan Şaranov, İlyas Səfərzadə və Vüqar Nadirov da tərk edib.

Oxşar xəbərlər

Türkiyəli futbolçu vəfat etdi - 29 yaşında
Türkiyəli futbolçu "Hall Siti"də
Legioner futbolçu "Qarabağ"ı tərk etdiyini açıqladı
Azərbaycanlı futbolçu karyerasını bitirdi - 30 yaşında
Türkiyəli futbolçu azərbaycanlı meyxanaçıya evlilik təklifi etdi!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər