reklam
“Leo ən təvazökar superulduzdur
Sportfm.az xəbər saytı

“Leo ən təvazökar superulduzdur" -Devid Bekhem


“İnter Mayami”nin sahibi Devid Bekhem argentinalı hücumçu Lionel Messini ən təvazökar superulduz adlandırıb.
Sportfm.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İngiltərə yığmasının əfsanəvi futbolçusu bildirib.

“Leo superulduzdur, amma ən təvazökar superulduzdur. Onu canlı görən hər kəs fərqli, xüsusi olduğunu bilir. İnsanlar ona uyğunlaşmaq üçün vaxt lazım ola biləcəyini deyirdilər. Amma bunun üçün ona bir neçə saniyə lazım oldu. Leo insanlara heç vaxt unutmayacaqları anlar yaşadır. Amerikalı tamaşaçıların sevdiyi də budur - əylənmək”, - deyə Bekhem söyləyib.

Qeyd edək ki, 36 yaşlı Messi 2023-cü ilin iyulundan "İnter Mayami"də çıxış edir. ABŞ klubunda 14 oyun keçirib, 11 qol vurub və 5 məhsuldar ötürmə verib. O, karyerası ərzində "Barselona" və PSJ klublarında da çıxış edib.

Oxşar xəbərlər

Messi "İnter Mayami"nin dəyərini 74 faiz artırdı
Messi yenə "Qızıl top"u qazandı
Messi ilk oyunda "İnter Mayami"yə qələbə qazandırdı
Serxio Busket "İnter Mayami"də - RƏSMİ
Mess i“İnter Mayami”də - RƏSMİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər