reklam
Messi yenə
Sportfm.az xəbər saytı

Messi yenə "Qızıl top"u qazandı


“France Football” nəşrinin təsis etdiyi “Qızıl top” mükafatının qalibi müəyyənləşib.

Sportfm.az xəbər verir ki, bu mükafata ABŞ-ın “İnter Mayami” klubunun kapitanı Lionel Messi layiq görülüb.

Argentinalı hücumçu karyerasında 8-ci dəfə titula sahib çıxıb. 36 yaşlı futbolçuya mükafatı “İnter Mayami”nin sahibi, əfsanəvi ingiltərəli futbolçu Devid Bekhem təqdim edib.

Ən yaxşı qadın futbolçu isə İspaniya yığmasının və yerli “Barselona” klubunun 25 yaşlı yarımmüdafiəçisi Aytana Bonmati seçilib.

Oxşar xəbərlər

"The Best" mükafatının qalibi Messi oldu
“Leo ən təvazökar superulduzdur" - Devid Bekhem
"Qızıl top"un sahibi bu gün məlum olacaq
Messi ilk oyunda "İnter Mayami"yə qələbə qazandırdı
Mess i“İnter Mayami”də - RƏSMİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər