Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
Formula 1-də 2026-cı ilin motoru belə olacaq -FOTO
Formula 1-də 2026-cı il texniki reqlamentinə əsasən hazırlanmış ilk mühərrikin fotosu ortaya çıxıb. Şəkil “Red Bull” və “Siemens Xcelerator” arasındakı əməkdaşlıq haqqında hazırlanmış məqalədə dərc edilib.
Sportfm.az xəbər verir ki, 2026-cı ildən “Red Bull” öz mühərriklərini istehsal edəcək. Avstriya komandası güc qurğusu istehsal edən altı komandadan biri olacaq. Digər beş istehsalçı “Alpin”, “Audi”, “Ferrari”, “Honda” və “Mercedes”dir.
“Siemens Xcelerator – bizim layihələndirməmizin rəqəmsal əsasıdır. Bunun sayəsində hər bir dizayner həmkarlarının gördüyü işdən xəbərdar olacaq. Bizim işimizin çətinliyi tariximizin qısa olmasıdır. Bu baxımdan təcrübədə rəqiblərimizə uduzuruq. Hər bir komponenti sıfırdan hazırlamaq məcburiyyətindəyik. Bu isə o deməkdir ki, “Siemens Xcelerator” ilə iş birliyi uğurumuzun əsas faktorudur”, – deyə “Red Bull Powertrains”in mühərrik bölməsinin texniki direktoru Ben Hodçinson “Siemens”in mətbuat xidmətinə açıqlamasında bildirib.

Oxşar xəbərlər
2026-cı ildə Madrid Qran-prisi olacaq - Formula 1
"Formula 1" komandalarının heyətləri bəlli olub - SİYAHI
“Mercedes” və “Ferrari” komandaları tənqid edildi
“Aston Martin” Formula 1 üçün mühərriklər istehsal etməyəcək
“Red Bull”un pilotu Avstriya Qran-Prisinin qalibi oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin