Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Sabah” 60-a çatdı
“Sabah” Premyer Liqanın 13-cü turunda “Turan Tovuz”a qalib gəlib. 3:2 hesablı səfər qələbəsi Bakı klubu üçün üçqat yubileylə əlamətdar olub.
Sportfm.az xəbər verir ki, paytaxt təmsilçisi 2018/19 mövsümündən çıxış etdiyi Premyer Liqada 60-cı dəfə üç xal qazanıb. Bu, həm də “Sabah”ın səfərdəki 30-cu qələbəsi olub. Bakılılar “60”a 153-cü, “30”a 77-ci oyununda çatıb. Bu qarşılaşmada vurulan ilk top da klub tarixinə düşüb. Davit Volkovun hesabı açması ilə “Sabah” Premyer Liqada 200-cü qolu vurub.
“Sabah”ın hər üç göstəricidəki ilkləri 2018-ci il avqustun 12-nə təsadüf edib. Səfərdə “Şamaxı”nı 1:0 hesabı ilə məğlub edən Bakı klubunun heyətində Marko Deviç fərqlənib.

Oxşar xəbərlər
"Turan Tovuz"dan yubiley qələbəsi
"Turan Tovuz" Premyer Liqada 20-ci qələbəsini qazandı
“Sabah” səfərdə 100-cü qolu buraxdı
"Sabah" üçün əlamətdar matç
Davit Volkovdan bir ilk - Het-trik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası