Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Davit Volkovdan bir ilk -Het-trik
Misli Premyer Liqasının 13-cü turu Davit Volkovun het-triki ilə əlamətdar olub.
Sportfm.az xəbər verir ki, gürcüstanlı legioner “Sabah”ın “Turan Tovuz”la səfər oyununda vurduğu 3 qolla komandasına 3:2 hesablı qələbə qazandırıb. 28 yaşlı hücumçu bununla da “Sabah”ın tarixinə klubun Premyer Liqadakı ilk het-trikinin müəllifi kimi düşüb.
Volkovun özü isə çempionatda ikinci dəfə belə uğura imza atıb. 2021-ci il noyabrın 6-da “Zirə”nin forması ilə fərqlənən legioner indiki komandası “Sabah”ın qapısına üç qol vurub. 3:3 hesabı ilə bitən həmin matçda da Davit səfərdə het-trik edib.
Bununla da Volkov Azərbaycan çempionatlarında ən çox het-trik edən legioner statuslu futbolçulara çatıb. O, Əhməd Ticani, Junivan Suares, Anatoli Doroş, Bahodir Nasimov və Reynaldo Silvanın rekordunu təkrarlayıb.
“Turan Tovuz”la qarşılaşmadakı ikinci qol Volkovun Premyer Liqada 40-cı dəfə fərqlənməsi kimi tarixə düşüb. O, Azərbaycan çempionatlarında keçirdiyi 132 oyunda 41 qola sevinib. Davit “Qəbələ”də 7, “Zirə”də 20, “Sabah”da 14 dəfə rəqib qapısına yol tapıb.

Oxşar xəbərlər
"Turan Tovuz" Premyer Liqada 20-ci qələbəsini qazandı
“Sabah” 60-a çatdı
“Səbail”dən 150-ci qol
“Sabah”ın legioneri 100-ə çatdı
"Zirə"dən tarixi qol - 200
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası