reklam
Sportfm.az xəbər saytı

"Sabah" üçün əlamətdar matç


“Sabah” Misli Premyer Liqasında 50-ci quru oyununu keçirib.
Sportfm.az xəbər verir ki, Bakı klubu 20-ci turun “Zirə” ilə səfər matçında qapısını toxunulmaz saxlayıb – 1:0.

2018/19 mövsümündən Premyer Liqada mübarizə aparan paytaxt təmsilçisi 161-ci qarşılaşmada “100”ü yarılayıb. “Sabah” evdə 23, səfərdə 27 görüşü qol buraxmadan tərk edib. Bakı təmsilçisi ölkə çempionatlarında 50 və daha çox quru oyun keçirən 21-ci komandadır.

“Sabah”ın Premyer Liqada qol buraxmadığı ilk matç 2018-ci il avqustun 12-də baş tutub. Həmin gün “Şamaxı” üzərində 1:0 hesablı səfər qələbəsi əldə olunub.(pfl.az)

Oxşar xəbərlər

“Sabah” səfərdə 100-cü qolu buraxdı
“Sabah” 60-a çatdı
Emin Mahmudov üçün yubiley matç
"Qəbələ" rekordunu təkrarladı - Premyer Liqa
Namaşkodan 25-ci quru qarşılaşma

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər