reklam
Azərbaycan kubokunda yeni mövsümün püşkü atılır
Sportfm.az xəbər saytı

Azərbaycan kubokunda yeni mövsümün püşkü atılır


Bu gün Azərbaycan kubokunun püşkatma mərasimi keçiriləcək.
Sportfm.az xəbər verir ki, tədbir saat 15:00-da başlayacaq. 32-ci dəfə təşkil olunacaq yarışda 34 komanda mübarizə aparacaq.=
Bu, PFL-in bayrağı altında keçirilən turnirlər üçün mütləq rekorddur. 2008-ci ildə yaradılan qurumun təşkil etdiyi əvvəlki 15 mövsümün rekordu 22 komandanın kuboka qatılması idi. Buna 2010/11 mövsümündə təsadüf olunub.

34 iştirakçıdan ibarət kubok yarışı son 17 turnir üçün də rekorddur. Daha çox komandanın iştirakı sonuncu dəfə 2006/07 mövsümündə qeydə alınıb.

Qeyd edək ki, mütləq rekord 1993/94 mövsümündə gerçəkləşib. Həmin vaxt kubok üçün 45 komanda mübarizə aparıb.

Əlavə edək ki, budəfəki kubok yarışında Misli Premyer Liqası, 1 və 2-ci liqanın təmsilçiləri mübarizə aparacaq.

Oxşar xəbərlər

Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkü atılır
15 mövsümün mütləq rekordu qeydə alındı
Son 7 mövsümün rekordu qeydə alındı - Azərbaycan futbolu
Azərbaycan kubokunda 34 komanda çıxış edöəcək
Azərbaycan çempionatlarında rekord

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər