reklam
Son 7 mövsümün rekordu qeydə alındı -
Sportfm.az xəbər saytı

Son 7 mövsümün rekordu qeydə alındı -Azərbaycan futbolu


Azərbaycan futbolunda son 7 mövsümün rekordu qeydə alınıb.
Sportfm.az xəbər verir ki, bu, 2-ci Liqanın 10-cu turuna təsadüf edib.

“Dinamo”nu qəbul edən “Şahdağ Qusar” qonaqların qapısından 9 cavabsız top keçirib. Bu, son 7 mövsümdə PFL-in bayrağı altında keçirilən bütün yarışların ən böyükhesablı nəticəsidir.

Ən azı 9 top fərqli qələbə sonuncu dəfə 2016/17 mövsümündə qeydə alınmışdı. Təxminən 7 il, yəni 2554 gün əvvəl – 2016-cı il noyabrın 8-də 1-ci divizionda mübarizə aparan “Zaqatala” “Energetik”ə daha böyük fərqlə qalib gəlib – 10:0.

Qeyd edək ki, bir oyunda 9 qolun vurulmasına cari çempionatda ikinci dəfə təsadüf olunub. 2-ci liqada “Kür-Araz” “Kürmük Qax”ı 6:3 hesabı ilə məğlub edib. Bir komandanın ən azı 9 qol vurması isə son dəfə 2017/18 mövsümündə əvəzedicilər liqasında gerçəkləşib. “Qəbələ-2” “Sumqayıt-2”yə 9:1 hesabı ilə qalib gəlib.

Oxşar xəbərlər

Son 7 mövsümün rekordu təkrarlandı - 1-ci liqada
15 mövsümün mütləq rekordu qeydə alındı
11 mövsümün rekordu qeydə alındı - Azərbaycan Kuboku
"Şamaxı"nın 20 ildən sonrakı rekordu
Birinci divizionda ən məhsuldar oyunlar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər