reklam
Beş idman növü olimpiadanın proqramına salındı -
Sportfm.az xəbər saytı

Beş idman növü olimpiadanın proqramına salındı -IOC-un qərarı


Beynəlxalq Olimpiya Komitəsi (IOC) 2028-ci ildə ABŞ-ın Los-Anceles şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarının proqramına beş idman növünün daxil edildiyini təsdiqləyib.

Sportfm.az xəbər verir ki, IOC-un İcraiyyə Komitəsi qərarına əsasən, bayraqlı futbol (Amerika futbolunun təmassız versiyası), kriket, lakross, skvoş və beysbol/softbol proqrama salınıb.

IOC prezidenti Tomas Bax təklif edilən növlərin ABŞ-ın idman mədəniyyətinə tam uyğun olduğunu bildirib.

Qeyd edək ki, olimpiadanın 2028-ci il 14 iyul - 30 iyulda keçirilməsi planlaşdırılır.

Oxşar xəbərlər

Olimpiadanın keçiriləcəyi tarix bilindi
Boks və ağırlıqqaldırmaya vaxt verildi - Los-Anceles-2028
Olimpiya Komitəsi peyvənd xərclərini öz üzərinə götürdü - Olimpiada ərəfəsində
Olimpiadanın vaxtı dəyişdirildi
Bu idman növü olimpiadadan çıxarıla bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər