Olimpiya Komitəsi peyvənd xərclərini öz üzərinə götürdü -Olimpiada ərəfəsində
Beynəlxalq Olimpiya Komitəsi (IOC) Yaponiyanın paytaxtı Tokioda keçirilək Yay Olimpiya Oyunları ərəfəsində idmançılar üçün peyvənd xərclərini ödəmək niyyətindədir.
Sportfm.azxəbər verir ki, bu barədə IOC-un prezidenti Tomas Bax mətbuat konfransında deyib.
Funksioner bildirib ki, vaksin olimpiadanın startınadək tapılsa, qurum həmin xərcləri özü qarşılayacaq: "Bu mövzuda milli olimpiya komitələri ilə əməkdaşlıq edəcəyik. Yaponiyaya gəlməzdən əvvəl mümkün qədər çox insana peyvəndin vurulmasını istəyirik".
Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları bu il 24 iyul - 9 avqustda keçirilməli idi. Lakin koronavirus pandemiyası üzündən olimpiada 2021-ci il 23 iyul - 8 avqusta təxirə salınıb.
Oxşar xəbərlər
Voleybolçular Yaponiyaya yollandı - Tokio-2020
"Olimpiadanın keçiriləcəyinə 100 faiz əminəm" - Vitse-prezident açıqladı
Bütün idmançılara peyvənd vurulacaq - Tokio-2020
Olimpiya Komitəsi peyvənd xərclərini öz üzərinə götürdü - Olimpiada ərəfəsində
Estafetinin başlanacağı tarix bilindi - 121 gün davam edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası