Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Boks və ağırlıqqaldırmaya vaxt verildi -Los-Anceles-2028
Beynəlxalq Olimpiya Komitəsi (IOC) 2028-ci il Los-Anceles Yay Olimpiya Oyunlarının ilkin proqramına 28 idman növü daxil edib.
Sportfm.az xəbər verir ki, bu barədə qərar qurumun Sessiyasında qəbul edilib.
IOC Olimpiya proqramı üzrə komissiyanın təklifi ilə razılaşıb. 28 idman növünə ötən il Tokio olimpiadasında debüt edən skeytbordinq, sörfinq və qayayadırmanma da daxildir.
Boks, ağırlıqqaldırma və müasir pentatlon isə proqramda qalmaq üçün müxtəlif meyarlara cavab verməlidir.
Qeyd edək ki, 2023-cü ildə Los-Anceles-2028-in Təşkilat Komitəsi əlavə idman növləri təklif edə bilər. Yekun siyahı 2024-cü ilin dekabrında təsdiqlənəcək.
Oxşar xəbərlər
Beş idman növü olimpiadanın proqramına salındı - IOC-un qərarı
Olimpiadada medal sayı azaldıldı - 329-a endirildi
Olimpiya hərəkatının problemləri müzakirə edildi - FOTO
Bu idman növü olimpiadadan çıxarıla bilər
2024-cü və 2028-ci il Yay Olimpiya oyunlarına ev sahibliyi edəcək şəhərlərin adları məlum olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası