Olimpiadanın vaxtı dəyişdirildi
2020-ci il Tokio Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsi gözlənilən istilər səbəbindən triatlon və at yarışlarının başlama vaxtını dəyişdirib.
Sportfm.az xəbər verir ki, triatlondakı qadın və kişilərin fərdi yarışları səhər yerli vaxtla 7:30-da deyil, 6:30-da (Bakı vaxtı ilə 1:30-da) başlayacaq. Kişilərin yarışı 27 iyulda, qadınların mübarizəsi isə 28 iyulda olacaq. Qarışıq estafet isə avqustun 1-də təşkil olunacaq.
Təşkilat Komitəsi atçılıq növü üzrə yarışların vaxtının 8:30-dan 7:30-a və ya 8:00-a keçirilməsini də təsdiqləyib.
Triatlon və atçılıq yarışlarının başlama vaxtı ilə bağlı dəyişikliklər Beynəlxalq Olimpiya Komitəsi (BOK) və müvafiq federasiyalarla müzakirə edilib. Onların tətbiqi dekabrın 3-dən 5-dək Lozanna şəhərində keçirilən IOC İcraiyyə Komitəsinin iclasında təsdiqlənib.
Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunları 24 iyul – 9 avqustda keçiriləcək.
Oxşar xəbərlər
İdmançıların 80 faizi peyvəndlənəcək - Tokio-2020
Olimpiadada futbol yarışlarının vaxtı məlum oldu
Tokio olimpiadasının proqramı təsdiqləndi
İslam Həmrəyliyi Oyunlarının vaxtı dəyişdirildi
Olimpiadanın yol xəritəsinin təqdim olunma tarixi açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası