Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Neftçi”də yeni simalar
Son turlarda uğursuz çıxış etdiyi üçün ciddi islahatlar aparan "Neftçi”də yeni təyinatlar rəsmən açıqlanıb. Sportfm.az klubun rəsmi saytına istinadən xəbər verir ki, əsas komandanın son oyunlardakı uğursuz nəticələrini, Müşahidə Şurasının 28.08.2016-cı il tarixdə keçirilmiş iclası zamanı klubda islahatların davam etdirilməsi haqqında qərarlarını, eyni zamanda 09.09.2016-ci il tarixdə klubun səhmdarları ilə keçirilmiş görüşdə bu qərarların ən qısa zamanda yerinə yetirilməsi barədə nəticəyə gəlinməsini nəzərə alaraq, "Neftçi” PFK aşağıdakı qərarları qəbul edib:
- "A” komandanın baş məşqçisi vəzifəsinə Elxan Abdullayev təyin edilsin, müqaviləsi mövsümün sonuna kimi bağlanılsın;
- Klubun icraçı direktoru vəzifəsinə Elnur Eyvazov təyin edilsin;
- Klubun idman direktoru vəzifəsinə Orxan Hüseynzadə təyin edilsin;
- Klubun inzibati işlər üzrə baş meneceri vəzifəsinə İslam Abbasov təyin edilsin;
- Klub strukturunun dəyişdirilməsi istiqamətində aparılan işlər davam etdirilsin.
Klubun yeni əməkdaşları haqqında ətraflı məlumat qısa zamanda saytımızda yerləşdiriləcək.
Oxşar xəbərlər
Rövnəq Abdullayevin oğlundan yeni təyinat
"Neftçi"də iclas keçirildi
"Neftçi"nin icraçı direktoru yenə dəyişdi
"Neftçi"də daha bir təyinat
Üç nəfər "Neftçi"dən qovuldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin