reklam
“Roma”da iranlı hücumçu -
Sportfm.az xəbər saytı

“Roma”da iranlı hücumçu -RƏSMİ


“Roma” “Bayer”in (Leverkuzen) hücumçusu Sərdar Azmunu icarə əsasında heyətinə qatıb.
Sportfm.az xəbər verir ki, onunla bir illik müqavilə imzalanıb. Paytaxt klubu cari mövsümün sonunda onu birdəfəlik transfer etmək hüququna sahib olacaq.

Rusiyanın “Zenit” və İtaliyanın “Milan” klubu da Azmunu transfer etmək istəyirdi. Ruslar futbolçuya mövsümlük 3 milyon avro maaş təklif etmişdi.

Azmun karyerası ərzində “Rubin”, “Rostov”, “Zenit” kimi klublarda çıxış edib. Onun sonuncu iş yeri “Bayer” olub.

İranlı oyunçu 2022/23 mövsümündə Bundesliqa klubunda 33 oyunda 4 qol vurub, 4 məhsuldar ötürmə edib.

Oxşar xəbərlər

İranlı hücumçu İtaliyada çıxış edəcək
Almaniya klubu iranlı hücumçu aldı - 5 illik müqavilə
İranlı futbolçu "Napoli"nin hədəfində
Sərdar "Zenit"ə transfer oldu
Baş məşqçi ilə getdi, baş məşqçi ilə döndü!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər