İranlı futbolçu "Napoli"nin hədəfində
İtaliyanın "Napoli" klubu "Zenit"in hücumçusu Sərdar Azmunu transfer etmək istəyir.
Sportfm.az xəbər verir ki, neapollular hücum xəttində rəqabəti gücləndirmək üçün 25 yaşlı hücumçunu sıralarına qatmaq fikrindədir.
Azmun İran vətəndaşıdır və Avropa Birliyindən kənar ölkələrin futbolçularının "Napoli"də limiti tükənib. Sərdar İtaliya klubuna keçsə, meksikalı vinger İrvin Losano komandanı tərk edə bilər.
Losano İquaindən sonra "Napoli" tarixində ən bahalı futbolçudur. Neapol təmsilçisi 24 yaşlı futbolçunu 2019-cu ildə PSV-dən 38 milyon avroya transfer edib.
"Zenit"in bu keçid üçün 35 milyon avro tələb etdiyi qeyd edilir.
İran millisinin üzvü 2019-cu ildə "Rubin"dən "Zenit"ə keçib. Azmun bu mövsüm 21 oyunda 10 qol vurub, 6 assist edib. Sərdarın Sankt-Peterburq klubu ilə müqaviləsi 2022-ci ildə bitir.
Oxşar xəbərlər
“Roma”da iranlı hücumçu - RƏSMİ
“Napoli” tarixinin ən bahalı transferi - FOTO
"Napoli" 40 milyon avroya transfer etdi
Sərdar "Zenit"ə transfer oldu
"Napoli" daha bir rekorda imza ata bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Millimizin rəqibi Türkiyə oldu - Avropa çempionatı
-
"İmişli" "Şəfa"ya qalib gəldi - Premyer Liqa
-
"Qəbələ" - "Şamaxı" - START HEYƏTLƏR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
“Şamaxı” Qəbələ səfərində, “İmişli” “Şəfa”ya qarşı - Premyer Liqa
-
"Qarabağ" və "Qəbələ"dən qələbə - Sabahın ulduzları














Misli Premyer Liqası