Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Formula 1-də VİP biletlərin qiyməti neçə min dollar olacaq?
"Bakıda keçiriləcək növbəti Formula 1 yarışları ilə bağlı tikinti işləri plana uyğun olaraq gedir, hətta müəyyən olunmuş qrafikdən də sürətli aparılır ki, IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsinə mane olmasın".
Sportfm.az bildirir ki, bunu özəl olaraq Trend-ə Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.
Formula 1 yarışlarında bilet satışına gəlincə isə N.Arpadarai bildirib ki, artıq 48 ölkədən biletlər alınıb. O qeyd edib ki, biletlər kifayət qədər yaxşı satılır: "Filarmonia tribunasına biletlər tamamilə satılıb, artıq orada yer yoxdur, digər tribunalara da biletlər yaxşı satılır. Biletlərin qiyməti 60 manatdan 600 manata qədərdir. Həm bahalı, həm də ucuz biletlərdən kifayət qədər satılıb. Keçən ildən fərqli olaraq bu il biletlərin kateqoriyaları çoxdur. Məsələn, keçən il ancaq üç günlük biletlər idisə, bir günlük bilet ancaq cümə günü üçün idisə, indi artıq hər gün üçün ayrıca biletlər var, üç günlük biletlər var, uşaqlar üçün biletlər 30 faiz endirimlə satılır. Yəni indi biletlərin kateqoriyaları çox olduğu üçün insanlara daha rahatdır, özlərinə uyğun olan bileti seçə bilirlər".
VİP biletlərin satışına gəlincə isə N.Arpadarai bildirib ki, bu biletlər Formula 1-in özü tərəfindən satılır: "Formula 1-də tribunalardan başqa "Paddock Club" deyilən bir yer var ki, o, Formula 1 avtomobillərinin dayanacağının üstündə, 2-ci mərtəbədə yerləşir. O yerlərin qiyməti kifayət qədər bahadır və o biletləri Formula 1 özü satır. Bütün dünyada qayda belədir. Həmin biletləri daha çox iş adamları, şirkətlər alır. Qiyməti hər yerdə standart olur, təqribən 5 min dollara yaxındır".
Oxşar xəbərlər
Formula 1 Rusiya Qran-Prisinin biletləri satışı çıxarıldı
Formula 1” üzrə Azərbaycan Qran-prisinin biletləri endirimli qiymətlərlə olacaq
Azərbaycan Qran Prisinə 20 gün qaldı - SON VƏZİYYƏT
Formula-1 Azərbaycan Qran-Prisi: Bilet satışı nə yerdədi?
Formula 1 üçün bilet satışı başladı - İlkin qiymətlər və endirim fürsəti
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
“Bahar Kuboku”nun konkur yarışı başa çatdı
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı















Misli Premyer Liqası