reklam
Sportfm.az xəbər saytı

"Zirə" tarixində ilk dəfə "Qarabağ"ı məğlub etdi


Misli Premyer Liqasında 1-ci tur davam edir.
Sportfm.az xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçirilib. Əvvəlcə "Səbail" "Sumqayıt"ı qəbul edib. Oyun qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Digər matçda isə son çempion "Qarabağ" evdə "Zirə" ilə üz-üzə gəlib. Matçda "Zirə" 1:0 hesablı qələbə qazanıb. Paytaxt təmsilçisi tarixində ilk dəfə Ağdam təmsilçisinə qalib gəlib.

Qeyd edək ki, mövsüm ötən gün keçirilən "Araz-Naxçıvan" - "Turan Tovuz" oyunu (0:3) ilə başlayıb. Tura sabah keçiriləcək 2 matçla yekun vurulacaq.

5 avqust

21:00. “Qarabağ” - “Zirə” - 0:1

Qol: Dimitrios Çantakias, 48

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev

Oxşar xəbərlər

"Qarabağ" "Zirə"yə qalib gəldi - Misli Premyer Liqası
"Araz-Naxçıvan" "Qəbələ" ilə bərabərə qaldı, "Zirə"dən qələbə - Misli Premyer Liqası
"Zirə" "Kəpəz"ə, "Araz-Naxçıvan" "Qəbələ"yə qarşı - Misli Premyer Liqası
“Turan Tovuz” "Araz-Naxçıvan”a, “Qarabağ” “Zirə”yə qarşı - Misli Premyer Liqası
“Neftçi” “Araz-Naxçıvan”a qarşı - Misli Premyer Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər