reklam
Güləşçimiz erməniyə qalib gəlib Avropa çempionu oldu -
Sportfm.az xəbər saytı

Güləşçimiz erməniyə qalib gəlib Avropa çempionu oldu -UĞUR


Albaniyanın paytaxtı Tiranada keçirilən U-17 Avropa çempionatında sərbəst güləşçimiz Hacı Kərimov final görüşünə çıxıb.
Sportfm.az xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan idmançımız ermənistanlı Samvel Gevorqyanla qarşılaşıb. H.Kərimov tam üstünlüklə (13:0) qalib gələrək Avropa çempionu olub.
Qeyd edək ki, 110 kq-da idmançımız Yusif Dursunov finalda Henrik Haykyanla (Ermənistan) üz-üzə gələcək.

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Turan Daşdəmirov (45 kq) qızıl, Elnar Ziyadov (48 kq), Əli Seyidəlili (51 kq), Ayxan Cavadov (55 kq), Elmin Əliyev (80 kq) və Mahir Qurbanlı (110 kq) isə bürünc medal qazanıblar. Qadın güləşçilərdən isə Ruzanna Məmmədova Avropa ikincisi olub.

Oxşar xəbərlər

Güləşçilərimizdən Avropa çempionatında uğurlu nəticə - Qızıl və bürünc qazandılar
Daha bir güləşçimiz ermənini məğlub edib çempion oldu - Avropa çempionatı
2 güləşçimiz Avropa çempionu oldu
Güləşçimiz Avropa çempionu oldu
Daha bir güləşçimiz dünya çempionu oldu - Uğur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər