
Güləşçilərimizdən Avropa çempionatında uğurlu nəticə - Qızıl və bürünc qazandılar
Azərbaycanın daha iki yunan-Roma güləşçisi Tiranada keçirilən U-17 Avropa çempionatında medal qazanıblar.
Sportfm.az xəbər verir ki, 45 kq çəki dərəcəsində mübarizə aparan Turan Daşdəmirov finalda Rustem Abatsiyevlə (Rusiya) qarşılaşıb. Rəqibinə 7:4 hesabı ilə qalib gələn Daşdəmirov Avropa çempionu olub.
51 kq-da çıxış edən Əli Seyidəlili 3-cü yer uğrunda görüşdə belaruslu Maksim Zaxarova 3:1 hesabı ilə qalib gəlib və bürünc medal qazanıb.
Qadın güləşçilərdən isə Ruzanna Məmmədova (57 kq) yarımfinalda Suzanna Horbiki (Polşa) 5:1 hesabı ilə məğlub edib. O, iyunun 15-də finalda macarıstanlı Sofi Ritterlə qarşılaşacaq.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Elnar Ziyadov (48 kq), Ayxan Cavadov (55 kq) Elmin Əliyev (80 kq) və Mahir Qurbanlı (110 kq) turnirdə bürünc medala yiyələniblər.

№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |