Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Çingiz Abdullayev:"Mən həmişə demişəm ki, futbol..."
Bunu Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda Azərbaycan gimnastlarını izləməyə gəlmiş yazıçı Çingiz Abdullayev deyib.
O, bədii gimnastikanın maraqlı idman növü olduğunu da deyib: "Mən həmişə demişəm ki, futbol, hokkey, boks kimi idman növlərində hər şey konkretdir – qol vurmaq və ya rəqibi nokauta göndərmək lazımdır. Amma bədii gimnastika, fiqurlu konkisürmə, sinxron üzgüçülük kimi növlər incəsənətə, musiqiyə yaxındır. Bu, çox maraqlı idman növüdür”.
O istisna etməyib ki, gələcəkdə öz kitablarında gimanstika ilə bağlı mövzulardan istifadə edə bilər.
Qeyd edək ki, aprelin 28-də Bakıda bədii gimnastika üzrə FIG Dünya Kuboku yarışlarına start verilib. Aprelin 30-dək davam edəcək yarışlara 21 ölkədən 92 gimnast qatılıb. Onlardan 34 nəfəri fərdi proqramda, 58 nəfəri isə ümumilikdə 10 qrup hərəkətləri komandasının tərkibində çıxış edir.
Trend.az
Oxşar xəbərlər
Bu gün Bakıda Dünya Kubokuna start veriləcək - Bədii gimnastika üzrə
İsrail gimnastı Bakıda Dünya Kubokunda birinci oldu
Bədii gimnastika üzrə Dünya Kubokunda idmançılarımız final mərhələsindən uzaq qaldı
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışları başladı
Marina Durunda bədii gimnastika üzrə Dünya Kubokunda iştirak etməyəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası